top of page

Ramin Zahid oğlu  BAYRAMOV

 

Ramin Zahid oğlu  Bayramov 1983-cü il Göyçə mahalı,  Zərkənd kəndində anadan olmuşdur.

2001-2005 -ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Biznesin təşkili və idarəolunması” ixtisasında bakalavr təhsili almışdır.

2005-2006-ci illərdə hərbi xidmətdə olmuşdur.

2007-2009 cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin magistr pilləsinə MBA proqramı üzrə daxil olmuş və “Maliyyə” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

2013-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu “Daxili fiskal siyasət və dövlət maliyyəsi” ixtisası üzrə fəlsəfə doktorluğuna (doktorant) qəbul olunmuş  və hal-hazırda elmi tədqiqat işini davam etdirir.  

2007-ci ildə ilk əmək fəaliyyətinə “Parabank” ASC-də kiçik məsləhətçi kimi, 2008-ci ildə həmin bankda “Məsləhətçi” vəzifəsində çalışmışdır.

2009-cu ilin aprel ayından fəaliyyətini “Bank of Azerbaijan” ASC-də “Koprorativ bank xidmətləri şöbəsində”  Korporativ müştərilərin kreditləşməsi üzrə mütəxəssis kimi davam etdirmişdir.

2009-cu ilin iyul ayından etibarən “Amrahbank” ASC-nin “Bakı” filialına müdir əvəzi, həmin ilin avqust ayından isə “Amrahbank” ASC-nin “İnqilab” filialının direktoru vəzifəsinə təyin olunmuşdur. Hal-hazırda da fəaliyyətini həmin bankda davam etdiri.

Əmək fəaliyyəti ilə yanaşı, pedaqoji sahədədə çalışmışdır. 

2007-ci ildən etibarən müxtəlif  təlim-tədris mərkəzlərində maliyyə, bank işi, kreditləşmə və. s bu kimi sahələr üzrə təlimçi kimi fəaliyyət göstərmişdir. Bu müddət ərzində bəzi bankların və şirkətin işçi heyəti üçün təlimlər keçmişdir. İqtisad Universitetinin bir çox təlim-tədris layihələrində təşkilatçı və təlimçi qismində iştirak etmişdir.

2013-cü ilin sentyabr ayından isə Odlar Yurdu Universitetinin “İqtisadiyyat və menecment” kafedrasının müəllimi vəzifəsində çalışır. Hal-hazırda Universitetdə “Bank fəaliyyəti və bank əməliyyatları”, “Maliyyə və maliyyə sistemləri”, “Beynəlxalq maliyyə” fənnlərini tədris edir.

2015 ci ildən özfəaliyyətinə start verən “RSH Consulting Company” şirkətinin təsisçilərindən biridi

  • Wix Facebook page
                ÜNVAN: Əlaqə                                                      Vasitələri                                         e-mail: bkmii@oyu.edu.az  
             A.Məhərrəmov 30A                                       Tel:    (+99412) 430 53 91                               web: www.esbd.az
             OYU-də nümayəndəlik                                  Mob:  (+99450) 490 53 91
                                                                                               (+99455) 490 53 91 
                                                                                               (+99470) 490 53 91
  • Wix Facebook page
  • Twitter Classic
  • Wix Google+ page
bottom of page