top of page
Ön Söz
Xoş gəlmişsiniz, "European School of Business & Development"
Həyatda hər kəs müəyyən bir mövqeyə çatmaq istəyir və hər kəsin özünəməxsus arzusu, məqsədi və hədəfləri olur. Kimisi mühəndis, maliyyəçi, kimisi müəllim, həkim, kimisi rəssam, hüquqşünas və s.olmaq istəyir. Fərqi yoxdur, hansı peşəyə yiyələnmək istəyirsən, önəmli olan seçdiyin peşəyə çatmaq üçün onun uğrunda sağlam mübarizə aparmaqdır. Biz, bizə verilən həyatı yaxşı dəyərləndirib, yaxşı işlər görmək üçün çalışmalıyıq və daim özümüzü inkişaf etdirməliyik. Çünki yaxşı mənada, Biz qazanmaq üçün burdayıq.
Müasir dövrdə təhsil sistemi ənənəvi qaydalarla yox, müasir tələbatlara uyğun tədris üsullarını tətbiq etməlidir. Burada baza-ixtisas bilikləri ilə yanaşı, müxtəlif mövzularda təlimlərin keçirilməsi, fərdi inkişaf proqramlarının tətbiq edilməsi eyni zamanda gəncin şəxsi potensial və qabiliyyətlərinin dəyərləndirilməsi əsas ünsürlərdən biridir.
Hörmət və Sayqılarımla,
Ph.d Namiq Z. Əlizadə
Dirketor

bottom of page