

18 saat
18 saat
18 saat
12 saat
12 saat
6 saat
18 saat
9 saat
18 saat
9 saat
18 saat
6 saat
18 saat
“MİNİ MBA” Proqramı
“European School of Business & Development” Sizi Azərbaycan da ilk dəfə “Mini MBA” Proqramı üzrə “BFB Bulgaria”-nın maliyyə dəstəyi və “ACC”-nin Proqramı əsasında biznes təhsili almağa dəvət edir. Xüsusi maliyyə dəstəyi ilə “GƏNC MÜTƏXƏSSIS” adı altında bu proqrama qoşulmaq daha asan və xüsusi endirimli şərtlərlə Sizə təklif olunur.
Mini MBA Proqramı nədir?
“Mini MBA” Proqramı müasir biznes mühiti, idarəetmə və liderlik elminin əsas prinsiplərini özündə cəmləşdirən, iştirakçıların hədəf çərçivəsində peşəkarlaşmalarına və inkişaf etmələrinə imkan verən Peşəkar Təlim Proqramıdır. Bu proqram fərqli ixtisas sahələri üzrə təhsil almış, lakin hələ də iş həyatına atılmamış gənclərə və müasir biznes strukturlarında çalışan mütəxəssislərə “müəssisə və onun idarəedilməsi” prinsiplərini nəzəri və praktik istiqamətlərdə öyrədən ixtisaslaşma və təkmilləşmə proqramıdır.
Mini MBA Proqramında kimlər iştirak edə bilər?
Universiteti yeni bitirmiş məzunlar;
Liderlik bacarıqlarını inkişaf etdirmək istəyənlər;
İqtisadiyyat və İdarəetmə sahəsində peşəkarlaşmaq istəyən şəxslər;
İqtisadiyyat və İdarəetmə üzrə təhsili olmayan şəxslər;
Şəxsi inkişaf və effektivliyini artırmaq istəyənlər;
İdarəetmənin prinsiplərini mənimsəmək istəyən şəxslər
Mini MBA Proqramı: cəmi 180 saat
1 Məntiq
2 Bank işi
3 İnformatika
4 Ekonomiks
5 Menecment
6 Liderlik
7 HR menecment
8 Satış
9 Maliyyə
10 Reklam və PR
11 Mühasibatlıq
12 Logistika
13 Marketinq
Mini MBA Proqramının keçirilmə forması.
Dərslər həftənin 5 günü saat 18:00-dan 21:00-dək, hər bir dərs 85 dəqiqə olmaqla 2 ixtisas üzrə nəzəri və praktik formada aparılacaq. Hər bir təlimçi öz ixtisas sahəsi üzrə dərsləri interaktiv formada, yəni nəzəri biliklər öyrətməklə yanaşı, həm də praktik misallar və məsələlər üzərində aparılmasını təmin edəcək. Bütün ixtisas sahələri üzrə hər ayın sonu ümumilikdə 3 dəfə olmaqla “aralıq imtahanları” götürülərək “Yekun Bal” hesablanacaq və sonda balların əsasında bütün iştirakçılara “Diplom” və ya “Sertifikat” təqdim ediləcək. Dərslər 01.03.2016 ci ildən başlayaraq 3 ay müddətinə davam edəcək. “Mini MBA Proqramı” nın üstünlüyü dərslərin praktik olaraq keçirilməsi və müasir iş həyatı üçün tələb olunan bilikləri öyrətməklə mükəlləfdir.
Müəllim və Təlimçi heyəti.
Yüksəkixtisaslı müəllim və təlimçi heyətimiz yüksək təhsil və nəzəri biliklərlərlə yanaşı peşəkar karyera həyatlarında da özlərini doğrultmuş, kifayət qədər təcrübəyə sahib olan, öz sahəsi üzrə həm yerli və həm də xarici şirkətlərdə uzun zaman çalışan, eyni zamanda, bu sahə üzrə 3 ildən artıq peşəkar təlimçilik fəaliyyəti ilə məşğul olan yüksək kvalifikasiyalı mütəxəssislərdən ibarətdir. Bütün Təlimçilər haqqında məlumat əlavə olaraq yerləşdiriləcək.
Proqramın Qiymət və Şərtlər
“European School of Business & Development”, “BFB Bulgaria” və “ACC”-nin dəstəyi ilə ilk dəfə olaraq “Mini MBA Proqramına” yalnız “Fevral” ayı ərzində qeydiyyata düşən hər kəs üçün xüsusi endirimli qiymətlər təklif edilir. “Mini MBA” Proqramı cəmi: 150 AZN aylıq ödəməklə qeydiyyatdan keçə bilərsiniz. Siz 1500 AZN qiyməti olan bu proqrama “BFB Bulgaria” Maliyyə təşkilatının dəstəyi ilə cəmi: 450 AZN ödəməklə çox sərfəli şərtlərlə qatıla bilərsiniz. Qeydiyyata yazılmaq üçün ofisə yaxınlaşmağınız vacibdir. Proqrama yazılmış hər kəs 3 aylıq təlimi sonadək bitirməsi zəruridir.
Ödəniş 2 hissəli 225 AZN və ya 3 hissəsli 150 AZN ödəməklətam proqrama qatıla bilərsiniz.