top of page

İlkin Intiqam oğlu QURBANOV

 

01.11.1979 tarixində Xızı rayonu Giləzi qəsəbəsində doğulmuşdur.

1987-1997-ci illərdə Mikayıl Müşfiq adına Giləzi orta məktəbində təhsil almışdır.

1997-ci ildə test imtahanlarını uğurla verib 513 balla Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olunmuşdur. 2001-ci ildə həmin fakültənin bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirib jurnalist ixtisasına yiyələnmişdir.

2001-ci ildə BDU-nun rektoru A.Məhərrəmovun təqdimatı əsasında tele-radio jurnalistikası ixtisası üzrə Jurnalistika fakültəsinin magistratura pilləsinə müabiqədənkənar (imtahanlardan azad edilməklə) qaydada qəbul edilmişdir. 2003-cü ildə “İctimai televiziya. Beynəlxalq təcrübə və Azərbaycan gerçəkliyi” mövzusunda dissertasiyanı müdafiə edərək magistratura pilləsini fərqlənmə diplomu ilə başa vurmuşdur.

2004-2007-ci illərdə BDU-nun Jurnalistika fakültəsində “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” kafedrasının aspirantı olaraq təhsil almışdır. Aspiranturada təhsil aldığı illərdə Bakı Asiya Universitetində Jurnalistika fakültəsində “KİV-də reklam və marketinq”, “KİV-in texnika və texnologiyası”, “Reklam və PR”, “Teleradio jurnalistikasının əsasları”, “Jurnalist etikası” mövzularında mühazirələr oxumuşdur.

2001-2007-ci illərdə “LİDER TV”də lisenziya əsasında reallaşdırılan dünya şöhrətli “Milyonçu” və “Zəif Bənd” intellektual televiziya layihələrində redaktor vəzifəsində çalışmışdır.

2007-ci ildən “Nurgün” Şirkətlər Qrupunda satış və marketinq üzrə təlimçi, İnsan Resursları Departamentinin rəhbəri, Marketinq və İctimaiyyətlə əlaqələr Departamentinin müdiri vəzifələrində çalışmışdır. Hal-hazırda “Nurgün” Şirkətlər Qrupunda Daxili Tədris Şöbəsinin müdiridir. Dəfələrlə nüfuzlu brendlərin Marketinq Toplantılarında və təlimlərində işlədiyi şirkəti təmsil etmişdir.

  • Wix Facebook page
                ÜNVAN: Əlaqə                                                      Vasitələri                                         e-mail: bkmii@oyu.edu.az  
             A.Məhərrəmov 30A                                       Tel:    (+99412) 430 53 91                               web: www.esbd.az
             OYU-də nümayəndəlik                                  Mob:  (+99450) 490 53 91
                                                                                               (+99455) 490 53 91 
                                                                                               (+99470) 490 53 91
  • Wix Facebook page
  • Twitter Classic
  • Wix Google+ page
bottom of page