Rüfət Yaqub oğlu ƏLİYEV
Rüfət Yaqub oğlu Əliyev 31 may 1986 ci ildə Sumqayıt şəhərində anadan olmuşdur.
2004-2008 ci illərdə Bakı Asiya Uuniversiteti, “Beynəlxalq İqtisadi Münasibətlər” ixtisası üzrə bakalavr təhsili almışdır.
2010 cu ildən etibarən ilk əmək fəaliyyətinə “ASR Konsaltinq və Araşdırma Qrupu” MMC–də Mühasib (yarım ştat) vəzifəsində çalışmışdır. Şirkət USAID tərəfindən maliyyələşdirilən Azərbaycanın ÜTT-yə qoşulması proqramı çərçivəsində "Azərbaycan, Rəqabətlilik və Ticarət"(ART) (2010-2013 cü illər ərzində) layihəsində subkonkraktor olaraq fəaliyyət göstərmişdir.
2012-ci il ərzində müqavilə əsasında “Effort” MMC-də “Vergi konsultantı” kimi fəaliyyət göstərmişdir.
2012 ci ildən bu günə kimi müqavilə əsasında “TGC” MMC-də mühasib vəzifəsində çalışır.
2013-2014 cü illərdə AZEL Elektroniksin Bakı ofisində müqavilə əsasında Vergi Konsultanı kimi fəaliyyət göstərmişdir.
2014-ci ildən etibarən Master Makina MMC-də müqavilə əsasında Vergi Konsultantı kimi fəaliyyət göstərir.
2015 ci ildən etibarən F-Group Academy” şirkətinin həmtəsisçisi və baş direktor olaraq fəaliyyət göstərir.
2010 cu ilin may ayından bu günə kimi 100–dən çox şirkət nümayəndələrinə və fiziki şəxslərə (IFRS - GAAP, IASB və MMUS) əsasında Maliyyə uçotu, İdarəetmə uçotu, Vergi uçotu , Praktiki mühasibatlıq üzrə kurs və təlimlər tədrisdib.
Tədris etdiyim təlim və kurslarda GIZ (GTZ), Nurgun Holding, Fövqəladə Hallar Nazirliyi, Vergilər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Bismak, Gamma Korporasiya, Medisis, Bəhrə (Unikal) MMC, DNS, Dəmirbank, Caspi Naftel, Azərenerji, Koroğlu, Şirin, Baku Elektroniks, Uşaqların Xilası Təşkilatı və s. şirkət və strukturların nümayəndələri iştirak etmişdir.
Hal hazırda peşəkar Mühasib, Vergi mütəxəssisi və Eksperti kimi fəaliyyətini davam etdirir.
